BİZNES

02 May

İqtisadiyyat Nazirliyində Argentinadan olan deputatla görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentinanın Buenos Ayres vilayətinin deputatı Nahuel Sotello ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən sərmayələrin təşviqi və vergilər sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan   və   Argentina   arasında   ticarət   və   iqtisadi əməkdaşlıq  üzrə  birgə   işçi   qrupun ikinci iclasının keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Fuad Mədətov
Fins.az