BİZNES

01 May

Xəzərin sahilində italyan sarayları tərzində möhtəşəm yaşayış kompleksi tikilir

“Sea Breeze” Azərbaycanın və ümumilikdə, regionun ən innovativ, müasir və sürətlə inkişaf edən layihələrindən biridir.

Fins.az xəbər verir ki, bu kurort şəhərciyinin sahəsi 500 kv.m-dən artıqdır və burada hər il yeni layihə sakinlərin ixtiyarına verilir. Təsadüfi deyil ki, 2006-cı ildən etibarən “Sea Breeze” bir-birindən möhtəşəm daşınmaz əmlak layihələrini təqdim edir. Bu gün burada tikilməkdə olan, yaxud hazır 25 daşınmaz əmlak layihəsi mövcuddur. Bu layihələrin hər birinin arxasında peşəkar memarlar, tərtibatçılar və mühəndislər komandası durur. 

Xüsusi olaraq qeyd etmək lazımdır ki, “Sea Breeze” sadəcə yaşayış binalarından ibarət deyil. Burada yaşından asılı olmayaraq hər kəsin asudə vaxtını keçirməsi və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan başqa, ailəlikcə “Sea Breeze”də yaşayanlar da diqqətdən kənar qalmayıblar. Uşaq meydançaları ilə bərabər, müasir məktəb də sakinlərin ixtiyarındadır. Bunumla bərabər, mağazalar, kafe və restoranlar, incəsənət mərkəzi, idman zalı və SPA, hovuzlar da sakinlər və qonaqların rahatlığına xidmət edir. Ən əsası isə, ərazidə xüsusi qorunma sistemi tətbiq olunur və təhlükəsizlik yüksək səviyyədə təmin olunur.

“Sea Breeze”in hər bir layihəsi özəldir və özünəməxsus xüsusiyyətlərə malikdir. Şəhərciyin unikal layihələrindən biri “Palazzo Del Mare”dir. Adından da hiss olunduğu kimi bu kompleksdə əsl italyan ab-havası hökm sürür. Orta əsrlərə aid möhtəşəm italyan saraylarından ilhamlanaraq layihələndirilmiş “Palazzo Del Mare” Xəzərin sahilində yerləşir. Bu kompleksin sakinləri şəxsi hovuzdan da zövq ala bilərlər. Hovuza giriş məhz sakinlər üçün nəzərdə tutulub. Kompleks boyu əkilmiş palma ağacları isə əraziyə ekzotik görüntü bəxş edir, isti yay günlərində sərin kölgə yaradır, həm də parlaq fotolar üçün gözəl fon kimi çıxış edir.

“Palazzo Del Mare” 7 mərtəbədən ibarətdir. Mənzillərin sahəsi 49-189 kv.m arasında dəyişir. Studiya, 2 və 3 otaqlı mənzillər arasında seçim etmək mümkündür. Mənzillər rahat olması ilə bərabər, pəncərələrindən açılan gözəl mənzərələr ilə də qəlbləri fəth edir. Birinci mərtəbədə restoran fəaliyyət göstərir. İstər əlamətdar günləri qeyd etmək, istərsə də gündəlik olaraq dadlı yeməklərdən zövq almaq üçün bu restorana üz tutmaq olar.

“Sea Breeze”in ərazisində olan bütün infrastruktur obyektləri – məktəb, tibb mərkəzi, incəsənət mərkəzi “Palazzo Del Mare”nin yaxınlığında yerləşir.  Burada həmçinin yeraltı və yerüstü parkinq də var. Bir sözlə, sakinlər üçün hərtərəfli şərait nəzərə alınıb.

“Sea Breeze”də həyat qayğılardan uzaq, dolğun və rahat həyatdır. “Palazzo Del Mare” isə bunlara əlavə olaraq, hər bir sakinin həyatına parlaq italyan günəşi bəxş edir. Bu günəşdən pay almaq fürsətini qaçırmayın!