BİZNES

30 Aprel

"Al Market" MMC  8 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR

"Al Market" MMC  barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

FED.az  xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 275.1-ci maddəsi ilə (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 500  manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində baxılır. İddia  hakim Elçin Ağayevin  sədrliyi ilə araşdırılacaq.