Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövr ərzində 15 150 nəfər üçün kiçik biznes yaradılıb.
Fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı əsasında, xəbər verir ki, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan “Məşğulluğa Dəstək Layihəsi” həssas qruplardan olan işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.
Bu layihənin 22 min şəxsi əhatə etməsi nəzərdə tutulub.