Məlum olduğu kimi, Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilib.
Fins.az xəbər verir ki, vergi ödəyicilərinin dəyişiklikləri daha rahat mənimsəməsi və yeniliklərlə yaxından tanış olması üçün praktiki sorğular əsasında "Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda (2024)" adlı sual-cavab kitabçası hazırlanıb.
Kitabça Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilib: