BİZNES

30 Aprel

Böyük Britaniyaya məhsul ixracı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 16,1 faiz və ya 10,4 milyon ABŞ dolları artaraq 75,2 milyon dolları üstələyib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Böyük Britaniyaya 12,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən təxminən 4,7 dəfə və ya 9,95 milyon dollar çoxdur.

Böyük Britaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 0,8 faiz və ya 477,1 min dollar artaraq 62,6 milyon dollar təşkil edib.

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 0,77 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,22 faiz bəndi üstələyir.