BİZNES

30 Aprel

Cənubi Afrika Respublikası ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Cənubi Afrika Respublikası (CAR) ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 16,2 dəfədən çox və ya 12,3 milyon ABŞ dolları artaraq 13,1 milyon dolları üstələyib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan CAR-a 152,4 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 69,4 faiz və ya 62,4 min dollar çoxdur.

CAR-dan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 18,1 dəfə və ya 12,2 milyon dollar artaraq 12,9 milyon dollar təşkil edib.

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində CAR-la ticarətin payı 0,13 faiz təşkil edib.