BİZNES

29 Aprel

Green Project Management GPM (Dayanıqlı Layihə Menecmenti) nədir və bizə niyə lazımdır?

El arasında deyildiyi kimi, böyük fəxr hissi ilə bildirirəm ki, PMO.az ( www.PMO.az ) növbəti dəfə Beynəlxalq arenaya çıxdı və bir neçə uğurlu layihələrə imza atdı.

Biz artıq GPM® Global-ın Akreditasiyalı Partnyoru olaraq Green Project Management GPM (Dayanıqlı Layihə Menecmenti) üzrə sertifikasiya ilə əlaqədar xidmətləri həyata keçiririk. Bununlada Layihələrin idarə olunması sahəsində dövlət standartları ilə yanaşı, ölkəmizdə bir çətir altında 4 beynəlxalq standartı birləşdirən və sahəsinin ən peşəkarlarından olmasını sübut edən şirkət olduq.

Bəs yaxşı Green Project Management GPM (Dayanıqlı Layihə Menecmenti) nədir və bizə niyə lazım idi?

Green Project Management layihəni “istənilən nəticəni dəstəkləyən, unikal nəticə əldə etmək üçün məhdud vaxt ərzində yerinə yetirilən bir sıra əlaqələndirilmiş fəaliyyətləri tələb edən investisiya” kimi müəyyən edir. Layihənin dayanıqlı olması üçün əsas diqqəti dəyər yaratmağa yönəldilir. Layihə tələbləri və məhdudiyyətləri mənfi ekoloji, sosial və iqtisadi təsirlərin azaldılmasını və biznes nümunəsində qeyd olunan faydaların əldə edilməsilə əhatə olunur.

Green Project Management layihələrin idarə edilməsi və biznesinizin davamlı inkişafını təmin etmək, riskləri minimuma endirmək, sosial, iqtisadi və ekoloji göstəricilərə uyğun olaraq bütün mərhələlərdə effektiv nəzarət və qiymətləndirmə vasitələridir.

Uğur artıq yalnız vaxt və xərc kimi ənənəvi ölçülərlə deyil, həm də layihələrin planetə və cəmiyyətə müsbət təsiri ilə ölçülür.

GPM təcrübələrini qəbul etməklə, təşkilatlar ətraf mühitə nəzarət, sosial bərabərlik və uzunmüddətli iqtisadi rifaha sadiqliklərini nümayiş edir. Qlobal düşünən bu yanaşma təkcə dayanıqlıq məqsədlərinə deyil, həm də layihələrin idarə edilməsində mükəmməllik üçün yeni standart müəyyən edir. GPM bütün işlərində regenerativ yanaşmalardan istifadə edir. Bu barədə daha geniş paylaşım edəcəyik.

Hə!
Bir məqamı xüsusilə vurğulamaq istərdim.

GPM layihələrin idarə olunması sahəsində digər standartların rəqibi deyil. Bu yanaşmanın özəlliyi ondadır ki, (elə məhs bu səbəbdən də biz onun Azərbaycana gətirilməsinə fokuslandıq), GPM P5 standartı digər standartlara gücləndirici rolda çıxış edir. GPM IPMA, PMI, The Association for Project Management (APM), The Agile Business Consortium, UrukPM, United Nations PRME Initiative, The UN Global Compact kimi nəhəng təşkilatların adını qeyd edə bilərik. Odur ki, əgər sizin PMP, İPMA dərəcə, Prince2 və s sertifikatınız varsa, siz bizim qısaldılmış proqramı dinləyərək müvafiq sertifikat qazanma şansınız olacaq.

GPM-in 3 istiqamətdə sertifikatlaşması mövcutdur. Daha geniş sizin üçün hazırladığımız www.greenpm.az səhifəmizdən faydalana bilərsiniz.

Peşəkarlar üçün
GPM-b, GPM-s, GPM-m

Layihələr üçün
GPM360 planlama, GPM360 icra, GPM360 bağlanma

Şirkətlər üçün
GPM® PSM3

Sizləri Dayanıqlı Layihə menecerləri sıralarında olmağa dəvət edirik.

Rəşad İbrahimov GPM-b, IPMA-A
layihə düşüncə missioneri