Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və dövlət mülkiyyətində olan 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.
Fins.az Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, rüb ərzində dövlət büdcəsinə daxilolmalar 648,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.