BİZNES

14 Aprel

Avtomobil daşımaları artıb

Bu ilin yanvar–fevral aylarında respublikada avto­mobil nəqliyyatı ilə 1,791 milyon dollar dəyərində 875 min ton idxal-ixrac yükü daşınıb.

Fins.az Dövlət Göm­rük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqa­yisədə müvafiq olaraq 7,1 faiz və 15,3 faiz çoxdur.

Hesabat dövründə idxal olunan yükün dəyəri 6,3 faiz, həcmi 12,5 faiz, ixrac olunan yükün isə dəyəri 11,7 faiz, həcmi 20,2 faiz artıb.