BİZNES

23 Fevral

Azərbaycan Türkiyəyə 0 % gömrük dərəcəsi ilə spirtli içki ixrac edəcək

Azərbaycan Türkiyəyə hər il 0 % gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış yeni Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb.

Qərara əsasən, Azərbaycandan bir sıra məhsulların idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib. Beləliklə, Türkiyə Azərbaycandan şərab, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materialları, Azərbaycan isə Türkiyədən mis məftil, paltaryuyan maşın, monitor, videoregistrator, avtomobil ehtiyat hissələri və alüminiumu gömrük rüsumu olmadan idxal edəcək.

Fuad Mədətov
Fins.az