Qadın sahibkarların faəliyyətini yüksək qiymətləndirmək olar. Amma kişilərin biznes mühitində yeri xüsusi görünür.
Bunu Fins.az-a açıqlamasında sahibkar Könül Mövlamova deyib.
O, bildirib ki, biznes sahəsində öz sözünü demiş, özünü təsdiqləmiş xanımlar kifayət qədərdir:
“Qadın və biznes sözünü belə ifadə etmək olar ki, qadınlar biznesi evdar xanım olduqda belə çalışıb yerinə yetirə bilirlər. Yəni qadınlar biznesə daha çox xırdaçı yanaşırlar. Qadın toxunulmazlığına gəldikdə isə kişilərdə avantajlıq daha çoxdur. Fiziki olaraq qadınların daha çox işləri olur və eyni zamanda həm ev, də biznes işlərini həyata keçirmək daha çox çətindir. Bir məsələ var ki, istənilən qadın qarşısına məqsəd qoyursa, həmin istəyinə nail olacaq. Bəzi dövlət sturukturlarında xanımların rəhbər vəzifədə olması qadın sahibkarlığına böyük təkandır. Bu mənada qadın həmrəyliyi deyilən bir misal var. Bizim də qadınlarla işlərimiz daha tez alınır. Biz zərif ola bilərik, amma düşünməsinlər ki, zəifik. Üstəlik beynimiz bir neçə yerə bölünür. Çünki ev qayğıları var. Bu işləri paralel aparmaq çox çətindir. Ona görə də qadınlar bu sahədə daha güclüdür deyə bilərik”.
Fuad Mədətov
Fins.az