BİZNES

12 Fevral

2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşı­nıb

Bu ilin yanvar ayında Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən yola düşdük­dən 10 gün sonra Gürcüstan limanla­rına çatdırılıb. Tranzit yüklər əsasən, texniki avadınlıqlardan ibarət olub və gəmilərdən birbaşa ADY qatarlarına boşaldılaraq Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə yola salınıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşı­nıb. Bu, son 10 ilin ən yüksək göstə­ricisidir.

İdxal yüklərin Çin–Qazaxıstan sər­hədindən hərəkətə başladıqdan sonra multimodal daşınma vaxtı isə 8 gün təşkil edib. Yüklər gəmilərdən birbaşa ADY-nin blok qatarlarına yüklənərək ai­diyyəti təyinat məntəqələrinə çatdırılıb.

Hazırda 4-ü idxal, 2-si tranzit ol­maqla daha 6 konteyner blok qatar Çin­dən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində ai­diyyəti təyinat məntəqələrinə çatdırıl­ması planlaşdırılır.