2023-cü ildə pandemiyadan əziyyət çəkmiş sahibkarlara təminatlı dövlət krediti üzrə subsidiyaların ödənişi davam etdirilib və 31 dekabr 2023-cü ilədək bütünlükdə dəstək proqramı çərçivəsində 52 milyon manat ödənilib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 31 dekabra qədər proqram çərçivəsində 5071 müraciət əsasında 73,3 milyon manat faizli subsidiya ödənilib, kredit qalığı isə 893,4 milyon manat təşkil edib.
Fuad Mədətov
Fins.az