Son 20 il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 45,6 min investisiya layihəsi güzəştli kredit ayrılıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, sahibkarlıq subyektlərinə 3 milyard manatdan çox güzəştli kredit ayrılıb, 176 mindən çox yeni iş yeri açılıb.
Fuad Mədətov
Fins.az