BİZNES

09 Yanvar

Azərbaycanın yerli inşaat məhsulları Qazaxıstana ixrac oluna bilər - ATMİA

Hazırda Azərbaycanda istehsal olunan tikinti materiallarının ixracı ilə bağlı bazar araşdırmaları aparılır və əsas hədəf ölkələrdən biri Qazaxıstandır.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Baş katibi Şahanə Sarı deyib.

Onun sözlərinə görə, Qazaxıstana az xərclə inşaat məhsullarının ixracı mümkün ola bilər:

“Assosiasiyanın hər bir üzvü ixracla bağlı bazarda araşdırmalar aparır. Azərbaycanın yerli inşaat məhsullarının Qazaxıstana ixrac potensialı var.  Qazaxıstanda "Made in Azerbaijan" brendi altında stendlərlə təmsil oluna bilərik”.

Ş.Sarı onu da qeyd edib ki, bu il Türkiyə, Orta Asiya, Rusiya, Yaxın Şərqi əhatə edən aparıcı tikinti şirkətləri və tikinti materialların istehsalçıları ilə tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

ATMİA 2017-ci ildə yaradılıb və  500-ə yaxın üzvü var.

Fuad Mədətov
Fins.az