BİZNES

13 Dekabr

Azərbaycanda 270 min nəfərə yaxın qadın sahibkar var

 Azərbaycanda 269 320 nəfər qadın sahibkar var.

Fins.az xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda keçirlən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadınların gücləndirilməsi istiqamətində daima güclü addımlar atılır:

"Qadınların sahibkarlıq subyektləri yaratması istiqamətində müəyyən layihələr yaradılır.

Əlbəttə ötən illərə nisbətən qadın sahibkarların sayı yuxarıdır. Lakin qadınların cəmiyyətdəki yerinə və verdiyi töhfələrə baxsaq, bu say kifayət qədər azdır. Tikinti sahəsində qadın sahibkarlara daha çox dəstək göstərməlidir".

Fuad Mədətov
Fins.az