Türkiyə ilə Böyük Britaniya arasında 2021-ci il yanvarın 1-dən qüvvəyə minən Azad Ticarət Sazişinin yenilənməsi üçün hazırlıqlar davam edir.
Fins.az xəbər verir ki, proseslə bağlı AA-nın suallarını cavablandıran Türkiyənin Londondakı səfiri Ertaş hazırkı müqavilənin Böyük Britaniyanın Avropa İttifaqından (AB) çıxmasından sonra müxtəlif ölkələrlə imzalanmış ilk azad ticarət müqaviləsi olması baxımından əhəmiyyətli olduğunu bildirib.
İki ölkə arasındakı mal ticarətini əhatə edən müqavilənin mövcud formada yenilənməsi və əhatə dairəsinin genişləndirilməsinin hədəfləndiyini bildirən Ertaş, dünyanın 6-cı ən böyük iqtisadiyyatı olan İngiltərə ilə ticarət həcminin 18,9 milyard dollara çatacağını söylədi.
İngiltərənin Türkiyənin ixracatında ilk 5 ölkə arasında yer aldığını vurğulayan Ertaş, “FTA ilə ən əhəmiyyətli ixracat bazarlarımızdan biri olan İngiltərə bazarına daxil olmaqda mövcud şərtləri qoruyub saxlamaq mümkün oldu” dedi.
Digər tərəfdən, Ertaş hər iki ölkənin müqavilənin əhatə dairəsini genişləndirmək istədiyinə diqqət çəkərək, "Müqavilədəki nəzərdən keçirmə müddəası çərçivəsində, əlavə sahələrin daxil edilməsi üçün mövcud FTA-nın genişləndirilməsi və yenilənməsi üzərində işlərə başladıq" dedi.
Günel Məlikzadə
Fins.az