2023-ci ilin yanvar-oktyabr aylarında Rusiya vətəndaşları Türkiyədə 9 min 396 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 938 obyekt azdır.
Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin oktyabr ayında Rusiya vətəndaşları Türkiyədə 103 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 97 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Türkiyədə 93 min 761 mənzil satın alınıb ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 8,7 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə 993 min 835 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin oktyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 535 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52,9 faiz azdır.
Eyni ilin yanvar-oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 30 min 599 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz azdır.
Fuad Mədətov
Fins.az