Qərargahı Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO) təxminən 9 min şirkətin iştirakı ilə aparılan Alman Biznes Mühitinin Güvən İndeksinin noyabr ayı üçün nəticələrini dərc edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, buna görə sənaye və ticarət üçün oktyabr ayında 86,9 bal olan Biznes Mühiti Güvən İndeksi bu ay 87,3 punkta yüksəldi. Bu, Almaniya iqtisadiyyatında tənəzzül qorxusunu azaldan Almaniya iqtisadiyyatının ən mühüm iqtisadi barometrində ardıcıl üçüncü aylıq artım idi.
Bazar gözləntisi indeksin 87,5 bəndədək yüksələcəyi idi.
Sözügedən dövrdə Almaniyada Ifo Gözləntilər İndeksi 84,82-dən 85,2-yə, Cari Vəziyyət İndeksi isə 89,2-dən 89,4-ə yüksəlib.
Günel Məlikzadə
Fins.az