BİZNES

24 Noyabr

Tədbirimizin aparıcısı kimdir?

“VT Company” şirkəti tədbirlərinizin tarixi ana çevrilməsi üçün aparıcılıq xidmətini təklif edir

Hər bir aparıcı, yəni, spiker tamaşaçı qarşısına çıxarkən hər baxımdan qüsursuz olmağa çalışmalıdır. Bu baxımdan təyinatına görə təşkil olunan tədbirlərin özünəməxsus aparıcıları olmalıdır və həmin aparıcıların ən böyük uğuru tamaşaçıları inandırmaq və onlarda bir imic formalaşdırmaq hissinin olmasıdır.

Fins.az xəbər verir ki, çox sayda maraqlı və müxtəlif layihələrə imza atan “VT Company” şirkəti təyinatına görə həm korporativ, həm də özəl tədbirlər üçün məxsusi aparıcılar təklif edir. Şirkət təcrübəsinə əsaslanaraq aparıcı seçimində dəstək məqsədiylə bəzi detalları açıqlayır. Adətən radio-televiziya aparıcılarına müraciət olunsa da, əslində bu missiyanı həyata keçirən şəxslər natiqlik qabiliyyətinə, auditoriyanın diqqətini özünə cəlb etmək və onları inandırmaq bacarığına malik olan insanlar da olur. Aparıcılarda diqqət etməli vacib amillər bunlardır:

- Səsin tonu;
- Nitq mədəniyyəti;
- Səhnə mədəniyyəti;
- Xarici görünüş;
- Geyim üslubu.

Qeyd olunan amillər nəzərə alınaraq və təyinatına görə təşkil olunan tədbirlərin aparıcıların (aparıcısının) tarifləri (qiymət) təyin olunur. Cəmiyyət arasında populyarqlıq səviyyəsinin yüksək olması tariflərə təsir edən amillərdən biridir. Təbii ki, əvvəlcədən tədbirin tematikasına və auditoriyaya uyğun şəkildə aparıcı seçimi etmək tədbirin yaddaqalan tarixi ana çevirəcək.

Beləliklə, “VT Company” bu sahədə kifayət qədər təcrübəyə malik olması görülən işlərin ruhunda işin yüksək keyfiyyəti və kreativliyi öz əksini tapır. Bu baxımdan zaman-işi vaxtında görmək, keyfiyyət, yenilik və ən əsası, əhval-ruhiyyə şirkətin biznes fəlsəfəsinin ana xətti hesab olunur.

Müraciətiniz və ətraflı məlumat üçün əlaqə telefonu:
(+994 55) 546 98 30