Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin üçüncü rübü (iyul-sentyabr) İşçi Qüvvəsi Giriş İndekslərini açıqlayıb.
Fins.az TST-nın açıqlamasına istinadən xəbər verir ki, sənaye, tikinti və ticarət-xidmət sektorlarının cəmində məşğulluq indeksi 2023-cü ilin üçüncü rübündə bir əvvəlki ilin eyni rübünə görə 3,9% artdı. Alt sektorlar araşdırıldığında, indeks; Sənaye sektorunda 0,8 faiz, tikinti sektorunda 13,7 faiz, ticarət-xidmət sektorunda isə 4 faiz artıb.
Sənaye, tikinti və ticarət-xidmət sektorlarında cəmi iş saatları indeksi 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə görə 6,1% artıb. Alt sektorlar araşdırıldığında, indeks; Sənaye sektorunda 3,0 faiz, tikinti sektorunda 14,9 faiz, ticarət-xidmət sektorunda isə 6,2 faiz artıb.
Günel Məlikzadə
Fins.az