Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artıraraq, 63,9 milyon dollara çatdırıb.
Fins.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Oktyabr ayında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,8 faiz azalaraq 7,1 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 16,4 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 12 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
Fuad Mədətov
Fins.az