BİZNES

25 Noyabr

Türkiyənin İsveçrədən qızıl idxalı yenidən artıb

Son məlumatlar makroprudensial tədbirlərin təsiri ilə bir müddətdir azalma tendensiyası nümayiş etdirən qızıl idxalında yenidən artıma işarə edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İsveçrə Federal Gömrük İdarəsinin internet saytında yer alan məlumatlara görə, Türkiyənin İsveçrədən qızıl idxalı oktyabr ayında 7,7 tona yüksəlib. Beləliklə, bir müddətdir Türkiyənin bu ölkədən qızıl idxalında müşahidə olunan eniş sürəti oktyabr ayında başa çatıb.

Məlumatlara görə, eyni dövrdə İsveçrənin ümumi qızıl ixracında da artım qeydə alınıb. Oktyabrda ölkənin ümumi qızıl ixracı xüsusilə Hindistanın artan tələbi ilə 151,3 tona yüksəlib. Sentyabrda ölkənin ümumi qızıl ixracı 99,1 ton olub.

Oktyabrda İsveçrə Hindistana 49,4 ton 151,3 ton qızıl ixrac edib.

Çinə qızıl ixracatı 15 faiz azalaraq 22,8 tona düşüb. Honq Konq eyni dövrdə 7,3 ton qızıl alıb.

Bu dövrdə qızıl tələbinin güclü olduğu digər bazar ABŞ-dır. ABŞ-ın qızıl tələbi iki dəfə artaraq 1,2 tona çatıb.

Oktyabr ayında İsveçrə iqtisadiyyatında qızıl ticarəti kəsir verdi. Ölkənin qızıl ixracı 151,3 ton olduğu halda, qızıl idxalı 231,1 tona yüksəlib.

Günel Məlikzadə
Fins.az