BİZNES

17 Noyabr

Bu il Azərbaycan vətəndaşları Türkiyədə 715 daşınmaz əmlak satın alıblar

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 715 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 372 obyekt azdır.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 73 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 26 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Türkiyədə 93 min 761 mənzil satın alınıb ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 8,7 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə 993 min 835 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin oktyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 535 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52,9 faiz azdır.

Eyni ilin yanvar-oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 30 min 599 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz azdır.

Fuad Mədətov
Fins.az