Çin e-ticarət nəhəngi ABŞ-ın çip ixracı məhdudiyyətləri səbəbindən bulud qrupunun tam bölünməsinə davam etməyəcəyini söylədikdən sonra Alibaba-nın səhmləri cümə günü Honq-Konqda erkən ticarətdə təxminən 10 faiz ucuzlaşıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Alibaba səhmləri keçən ilin noyabr ayının sonundan bəri ən aşağı səviyyəyə düşüb və sonuncu dəfə 73 Honq Konq dolları ətrafında alınıb-satılıb.
Alibaba-nın Honq-Konqda satılan səhmləri ilin əvvəlindən bu yana 13 faiz ucuzlaşaraq Hang Seng İndeksini aşağı salıb. Eyni dövrdə Hang Seng indeksi 11,2 faiz azalıb.
Günel Məlikzadə
Fins.az