Azərbaycanda dövlətin yaratdığı iqtisadi zonaların rezidentlərinin 90 %-dən çox hissəsini KOB subyektləri təşkil edir.
Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.
S.Məmmədov Azərbaycanda sənaye parklarının rezidentləri üçün vergi güzəştlərinin tətbiqi məsələsinə də toxunub:
“Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, eləcə də 10 il müddətinə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunur. Sahibkarlar üçün dövlət dəstəyi tədbirlərindən olan sənaye parklarında müasir və geniş infrastruktur təchizatı rezidentlərə "birbaşa qoşulma" prinsipi əsasında təklif olunur".
Fuad Mədətov
Fins.az