BİZNES

16 Noyabr

Dövlət-özəl sektor dialoqunun inkişafı ilə yeni iqtisadi çağırışlara cavab vermək mümkündür – Məmməd Musayev

Bu gün dünyada gedən iqtisadi proseslərə və trendlərə baxsaq görərik ki, kiçik və orta biznesin inkişafında rəqəmsallaşmanın müstəsna xidməti var.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Bakıda keçirilən "Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu"nda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

M.Musayev qeyd edib ki, Azərbaycanda dəyər zəncirinin formalaşmasında əsas rolu kiçik və orta sahibkarlıq oynayır:

"Buna görə də Azərbaycanda kiçik və orta sahibkarlığın brendləşməsinə dəstək göstərərək onların rəqəmsal satış kanallarına daxil olmasına dəstək vermək fəaliyyətimizin əsasını təşkil etməlidir. Düşünürük ki, dövlət-özəl sektor dialoqunun inkişafı ilə yeni iqtisadi çağırışlara cavab vermək mümkündür və bu istiqamətdə əməkdaşlığa daim hazırıq".

Fuad Mədətov
Fins.az