Allianz Trade Global Economic Outlook Hesabatına görə; Tənəzzülün qarşısı böyük ölçüdə alındı. Mütəxəssislər qlobal iqtisadi fəaliyyətlərdəki yavaşlamanın dibini 2024-cü ilin əvvəlində görəcəyini, daha sonra isə 2024-2025-ci illərdə artımın trendin altında davam edəcəyini gözləyirlər. Hesabatda verilən məlumata görə, mənfi sərvət təsirləri və artan ehtiyat yığımları səbəbiylə istehlakçı tələbi zəif qalarkən, istehsal sektorunda davam edən ehtiyatsızlaşdırma prosesi səbəbiylə qlobal ticarət son iki ilin ən aşağı səviyyəsinə düşüb. 2023-cü ildə 0,6% azalan qlobal ticarətin 2024-cü ildə 3,3% məhdud artımla tənəzzüldən çıxacağı hesabatda verilən məlumatlar arasındadır.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Allianz Ticarət Qlobal İqtisadi Görünüş Hesabatında qeyd olunur ki, ümumilikdə ABŞ-da ÜDM-in 2024-cü ildə 1,1 faiz artacağı gözlənilir ki, bu da ABŞ üçün 2009-cu ildən bəri qeydə alınan ən aşağı artım olacaq. 2025-ci ildə ABŞ-da artım bir qədər sürətlənərək 1,7 faizə çatacaq. Almaniya və Fransanın ÜDM-in artım templərinin də 2024-cü ildə cəmi 0,7 faiz olacağı gözlənilir. Hesabatda yer alan gözləntilər arasında hər iki ölkə üçün artım tempinin 2025-ci ildə 1,6 faizə yüksələcəyi də var. Hesabatda Çində artımın yavaşladığı və 2024-cü ildə artımın 4,7 faiz, 2025-ci ildə isə 4,2 faiz azalacağı təxmin edilir.
Günel Məlikzadə
Fins.az