Yaponiya Bankının (BoJ) açıqladığı məlumatlara görə, Yaponiyada yerli korporativ istehsalçı qiymətləri keçən ay kəskin şəkildə yavaşladı; Bu, xərc təzyiqlərinin getdikcə azaldığına işarədir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, istehsalçı qiymətləri oktyabr ayında keçən ilin eyni ayına görə 0,8% artdı. Gözləntilər qiymət artımının 2,0 faizdən 0,9 faizə enəcəyi idi.
Ölkə üzrə ixrac qiymətləri aylıq 0,3 faiz, illik 1,0 faiz artdığı halda, idxal qiymətlərində aylıq 1,3 faiz artım, illik 12,3 faiz azalma olub.
Günel Məlikzadə
Fins.az