Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,7 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə Fins.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Fins.az