BİZNES

07 Noyabr

Çinin ixracatında azalma

Çin oktyabr ayında ixracda gözləniləndən daha pis azalma olduğunu bildirdi, idxal isə bir il əvvələ nisbətən təəccüblü şəkildə artdı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çinin gömrük idarəsi ABŞ dolları ilə ixracatın oktyabr ayında bir il əvvələ nisbətən 6,4 faiz azaldığını bildirib. İqtisadçılar isə oktyabr ayında ixracın 3,3% azalacağını gözləyirdilər.

Oktyabrda idxal bir il əvvəlki ilə müqayisədə ABŞ dolları ifadəsində 3 faiz artıb. İqtisadçılar idxalın 4,8-5,0 faiz azalacağını proqnozlaşdırırdılar. İdxal 11 ay ardıcıl olaraq azalıb. Oktyabrda ticarətin müsbət saldosu 56,53 milyard dollar təşkil edib.

Günel Məlikzadə
​Fins.az