BİZNES

06 Noyabr

Azərbaycanda vergi ödəyicilərinə büdcəyə borcunu ödəmək üçün vaxt veriləcək

Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda, ödəniş vaxtı dəyişdiriləcək.

Fins.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyənləşdirəcək.