Apple iyul-sentyabr ayları üçün balans hesabatını açıqlayıb.
Fins.az Apple tərəfindən edilən açıqlamayaistinadən xəbər verir ki, balansında iyul-sentyabr dövrünü dördüncü rüb olaraq görən şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1% azalaraq 89,5 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkət 90,2 milyard dollar gəlir əldə edib.
Beləliklə, şirkətin gəlirləri ardıcıl 4-cü rübdür ki, azalıb. Bu dövrdə yaşanan azalmaya baxmayaraq, bazar gözləntilərinin üzərində olan şirkətin gəlirinin 89,3 milyard dollar olacağı gözlənilirdi.
Apple-ın xalis mənfəəti iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrünə görə 10,8% artaraq 22,96 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 20,72 milyard dollar olub.
Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,29 dollardan 1,46 dollara yüksəlib.
Günel Məlikzadə
Fins.az