Nyu York Baş prokuroru Letitia James tərəfindən edilən açıqlamada Uber-in 290 milyon dollar, Lyft-in isə 38 milyon dollar ödəyəcəyi qeyd edilib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkətlərin siyasətlərinin sürücülərin maaşlarının kəsildiyi və onların Nyu York əmək qanunlarında nəzərdə tutulan hüquqlardan yararlanmasına mane olduğu bildirilib.
Açıqlamada şirkətlər tərəfindən ödəniləcək məbləğin hamısının sürücülərə keçəcəyi, sürücülərin ödənişli xəstəlik məzuniyyəti, minimum saatlıq əmək haqqı və digər hüquqlardan da yararlanacağı bildirilib.
Günel Məlikzadə
Fins.az