Şirkətin üçüncü rüb üçün açıqladığı maliyyə nəticələrinə görə, Shell-in mənfəəti bu rübdə əvvəlki rüblə müqayisədə 22,7 faiz artıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ilin 2-ci rübündə 5,07 milyard dollar olan mənfəət, 3-cü rübdə 6,22 milyard dollara yüksəlib. Bu artımda yüksək neft qiymətləri və emal marjaları təsirli olub.
Digər tərəfdən, şirkətin üçüncü rüb mənfəəti keçən ilin eyni dövründəki 9,45 milyard dollarla müqayisədə 34,2% azalıb.
Shell həmçinin növbəti üç ay ərzində 3,5 milyard dollar dəyərində səhmləri geri alacağını açıqlayıb.
Shell-in Baş İcraçı Direktoru (CEO) Vael Savan nəticələri qiymətləndirərkən şirkətin güclü əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirdiyini və qeyri-sabit əmtəə bazarlarında imkanlardan istifadə etdiyini bildirib.
Shell-in portfelini sadələşdirərkən daha az emissiya ilə daha çox dəyər yaratdığını qeyd edən Sawan, önümüzdəki üç ayda planlaşdırılan 3,5 milyard dollarlıq səhm geri alış proqramı ilə bu ilin ikinci yarısında səhm geri alış məbləğini 6,5 milyard dollara yüksəldəcəklərini ifadə edib.
Günel Məlikzadə
Fins.az