BİZNES

09 Noyabr

Açılan yüz biznesin yalnız beşi və ya onu həyatda qala bilir. Bəs bunun sirri nədədir? - TEST

Sirr ondadır ki, hər bir biznes hansısa sütunun üzərində qurulur və yalnız sütunlarının sayı çox olan biznes dayanaqlı olur.

Bunu Fins.az-a “Asan Dildə Biznes kitabı"nın müəllifi Xilqət Əsədov biznesin idarə olunmasının sirlərini açıqlayarkən deyib.

X.Əsədov sütunlar dedikdə nələri nəzərdə tutduğunu da qeyd edib:

"Uzun müddətli araşdırmalarım sayəsində anladım ki, biznesin dayanaqlı olması üçün biznesmenlər 15 sütundan bir neçəsini öz bizneslərində tətbiq edirlər. Əfsuslar olsun ki, sütunların sayı az olan biznesin dayanaqlığını zəif və ya riskli hesab etmək olar. Əsas məqam ondan ibarətdir ki, ilk vaxtlar hansı biznesin sütunları çox olarsa, həmin biznes uzun müddətli və uğurlu fəaliyyət göstərə bilər. Biznes qurulanda onun ana sütunu ilk növbədə, həmin biznesmenin psixoloji hazır olmasından irəli gəlir. Ondan sonra isə biznes ideyanin nə qədər maraqlı olması, biznes harda yerləşməsi və s. kimi metodlar yer alır. Bu dediklərimi sadalasaq sonda 15 metod tapa bilərik. Əsas odur ki, metodların və ya sütünların sayı çox olsun. Bəli şirkətlər var ki, iki metodla da, bizneslərini qururlar, lakin bu işin riskli tərəfləri olduğunu da bilməlidirlər".

X.Əsədov bildirib ki, biznes quranlar üçün "Biznesin Dayanıqlılığı" testini tərtib edib.

"Əminliklə deyirəm ki, bir şəxs, biznes qurmamışdan əvvəl mənim hazırladığım testə uyğun balların vasitəsi ilə açmaq istədiyi biznesin gələcəkdə nə qədər uğurlu və ya uğursuz olacağını öyrənə bilər. Həmçinin biznesin uğurlu olması üçün hansı addımları atmalı olduğunu da öyrənəcəklər".

Biznesin Dayanıqlılığı testi üçün linkə keçid edə bilərsiniz.

Məhəbbət Məmmədov
Fins.az