Biz əsasən müştərilərimizə sənaye qaz sayğaclarını təqdim edirik. Sənaye qaz sayğaclarının keyfiyyəti onu istehsal edən şirkətdən asılıdır.
Bunu Fins.az-a açıqlamasında “Enerji-N” MMC-nin direktoru Xaliq İsmayılzadə hansı sayğaclara tələbatın daha çox olması ilə bağlı sualı cavablayarkən deyib.
X.İsmayılzadə bildirib ki, dünyada sənaye sayğacları istehsal edən şirkətlər azlıq təşkil etdiyi üçün seçimimiz çox azdır.
“Əsasən təqdim etdiyimiz 3 marka var. Bu markaların hər biri keyfiyyətli və avropa istehsalıdır. İdxal edəcəyimiz yeni markalarda keyfiyyətə daha çox önəm veririk. Sənaye sayğacları alan müştərilərimizi iki seqmentə ayırmaq olar. Birincisi öz obyekti, tikilisi və ya bağ evi üçün sayğac alanlardır ki, onlar daha çox keyfiyyətə önəm verir. Digər müştərilərimiz isə sifarişçidən sifariş alıb, iş görənlərdir. Belə müştərilərimiz üçün önəmli olan qiymətin aşağı olmasıdır”.
X.İsmayılzadə idarə etdiyi şirkətin sənaye sayğaclarının qiymətlərinin necə tənzimləndiyi barədə məlumat verərək, qiymətlərin rəqabət baxımından formalaşdığını vurğulayıb.
“Nə qədər rəqabət etsək də brend markaların qiyməti digər markalardan baha olur. Bu baxımdan müştərilərə təqdim etdiyimiz “Elster” sayğacları da belə bahalı brendlərdəndir. Təqdim etdiyimiz elə markalar da var ki, məsələn “COMMON” və “FMG” markaları yeni fəaliyyətə başladığı və “Elster” markası kimi bazarda brend olmadığı üçün daha ucuz qiymətə satışa çıxara bilirik. Qeyd etdiyim hər üç marka bir-birindən keyfiyyət baxımından o qədər də fərqlənmirlər. Çalışırıq ki, daha aşağı keyfiyyətli sənaye sayğaclarının qiyməti ilə bizim təqdim etdiyimiz keyfiyyətli sayğacların qiyməti uzlaşsın. Biz rəqabət baxımından daha az marja ilə qiyməti tənzimləyirik”.
Məlumat üçün bildərək ki, “Enerji-N” MMC şirkəti üştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir. Şirkəti qaz və su məhsullarının (sayğaclar, tənzimləyicilər,alarm çihazları,flanslar,detektorlar və s.) satışını və servisini həyata keçirir. ”Enerji-N” MMC Azərbaycanda Elster,Siqnal, FMG,Baypa,Tork, Madas, Aterma şirkətlərinin rəsmi nüməyəndəsidir.
Məhəbbət Məmmədov
Fins.az