BİZNES

31 Oktyabr

Bu, baş verərsə dələduz şirkətlər sıradan çıxacaq

Qapılar və laminat-parketlərin satışı hər ay üçün dəyişir. Proqnoz vermək çox çətinləşib. Çeşidə baxanda laminat-parket üçün rənglər, ölçülər boldu və əsas olan isə keyfiyyət yaxşıdır. Qapılarda da eyni çeşit tərəfdən bolluq olsada keyfiyyətli mal azdır.

Bunu Fins.az-a açıqlamasında “Al Group” şirkətinin direktoru Anar Bədəlov təqdim etdikləri məhsullarının satışının bazar dəyərləndirilməsindən danışarkən bildirib.

A.Bədəlov qeyd edib ki, Azərbaycan inşaat bazarında fəaliyyət göstərmək sadə və rahat deyil:

“Digər ölkələrdən fərqli olaraq bizim alıcılar çox həssasdır. Belə ki, hal-hazırda təklif tələbatdan daha çoxdur. Bizim satışlar havadan,yağışdan,qardan, küləkdən,bayramdan və müştərinin əhval-ruhiyyəsindən aslıdır. Digər ölkələrdə belə parametrlər yoxdur. Mən fərqli ölkələrdə yaşamışam və ticarətlə məşğul olmuşam. Örnək rusiyada qış aylarında mənfi 10 dərəcədə alqı-satqı yay fəslindəki alqı-satqıdan daha yaxşı olur. Yaxud Türkiyədə bayram vaxtı satış güclənir. Bizdə isə fərqlidir. Bazar özü balacadır və böyümür. Biz ancaq bir birimizin, yəni rəqiblərin payını oğurlayırıq. Müştəri potensialı böyümür. Gürcüstanda bazar ildən ilə böyüyür ki, buna səbəb xaricdən çoxlu sərmayəçilərin gəlişidir, proyektlər çoxdur. Bizdə isə şəhər və bölgələrdə yeni proyektlər demək olar ki, yoxdur. Olan da da bütün şirkətlər həmin proyektə təklif verir. Nəticədə görürsən ki havayı işləyirsən heç əziyyətinə dəyməz. İnşaat bazarında inkişaf çox zəifdir”.

A.Bədəlov idarə etdiyi şirkətin xarici əlaqələri ilə bağlı məlumat verərək vurğulayıb ki, xaricdən idxal olunan məhsullar arasında keyfiyyət, dekor və qiymətində fərqlər olur:

“MDB ölkələri üçün Azərbaycanda gömrük rüsumu yoxdu. Sadəcə 18 faiz ƏDV-ni ödəyib, məhsulu idxal edirsən. Digər ölkələrlə isə bu ƏDV dən başqa 15 faiz gömrük rüsumu var. Bu da məhsulun qiymətini artırır. Azərbaycanın iqtisadiyyatı orta səviyədə olsada insanların aldığı maaş və ya qazancı o qədərdə yüksək deyil, həm də infilasiyya var. Bunların nəticəsində demək olar ki, hər kəs ucuz məhsul axtarır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələb edir ki, hər bir satış rəsmi olsun. Mən bu tələblə tam razıyam. Lakin bəzi ticarət obyektləri və pərakəndə satışla məşğul olan şəxslər buna maneə olur. Mən çox istərdim ki, bütün satışlar, alışlar rəsmi olsun. Necə ki Türkiyədə, Gürcüstanda, Rusiyada və s. Ölkələrdə rəsmidirsə, bizdə də bu reallaşsın. Hətda bütün ödənişlər banklar vasitəsi ilə olsun ki, hamı bizim şirkətin gücünü görsün. Bu, baş verərsə dələduz şirkətlər, qeyri-rəsmi satışdan gəlir əldə edən və vergidən yayınan şəxslər sıradan çıxacaq. Qeyri-rəsmi satışda vergi və digər xərclərdən yayınan, peşəkar olmayan şirkət və ya şəxslər qiymətləri ucuzlaşdırır ki, bu da normal qaydasında işləyən şirkətlər üçün baha başa gəlir. Nəticədə işləməli olan şirkətlər bağlanır. Mən çox istərdim ki, vergi orqanları qeyri-peşəkar və qeyri-rəsmi insanları sıxışdıraraq rəsmi işləməyə məcbur etsin. Rəsmi işləməyi bacarırsa işləsin, bacarmırsa bazarı korlamasın”.

Qeyd edək ki, “ALGROUP” MMC Azərbaycanda laminat-parketlərin, daxili və çöl qapıların satışı ilə məşğul olan ilk şirkət olaraq 2013-cü ildən bugünədək fəaliyyət göstərməkdədir. Şirkətin Bakıda və respublikamızın digər şəhərlərində 230-dan artıq satış dileri mövcüddür.

Məhəbbət Məmmədov
Fins.az