BİZNES

31 Oktyabr

Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib - AQTA

Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib.

Bu barədə Fins.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar qiymətləndirilmiş 3 müəssisənin təsdiqindən imtina olunub. 4 obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.

Qiymətləndirilmiş xarici qida obyektləri Rusiya, Belarus, Almaniya, Çin, Ukrayna, İran, Gürcüstan, Polşa və digər ölkələrdə fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az