Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyası (URTA) Baş Assambleyasının 42-ci iclasının iştirakçıları Bakı Limanına səfər ediblər.
Fins.az xəbər verir ki, nümayəndə heyətinə "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" İctimai Birliyinin sədri Həbib Həsənov və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı baş katibi Umberto De pretto rəhbərlik edib.
Səfərin əsas məqsədi Bakı Limanının avtomobil daşımalarındakı əhəmiyyətini və perspektivləri nəzərdən keçirmək olub. Qonaqlarla "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş əməliyyat direktoru Eugene Seeh görüşüb. O, Bakı Limanında əməliyyatların icrasında operativliyin artırılması üçün tətbiq edilən yeniliklər, "yaşıl" logistik habın icrası üçün atılan addımlar, infrastruktur layihələri haqqında məlumat verib. Nümayəndə heyəti Bakı Limanında yüklərin daşınması imkanlarını və terminallardakı iş prosesini müşahidə ediblər.
Fuad Mədətov
Fins.az