BİZNES

27 Oktyabr

Azərbaycan nəinki öz iqtisadiyyatının ehtiyaclarını həmçinin, bütün dünyanın birləşməsini təmin edəcək

Azərbaycan nəinki öz iqtisadiyyatının ehtiyaclarını həmçinin, bütün dünyanın, Qərbin və Şərqin birləşməsini təmin edəcək.

Fins.az xəbər verir ki, bu barədə Avtomobil Nəqliyyatı İttifaqının prezidenti Radu Dinesku Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

R.Dinesku vurğulayıb ki, sabah Ələt qəsəbəsində yerləşən Bakı Limanına səfər təşkil ediləcək və orda müasir infrastruktur imkanları yaradılıb:

"Ələt yükdaşımalar üçün önəmli qovşaqdır, orada çox tez bir zamanda yüklər bir nəqliyyat növündən digərinə yüklənə bilir. Bu, multimodal nəqliyyat qovşağıdır. Azərbaycan Bakı Limanı vasitəsilə çox böyük uğurlara imza atacaq".

Fuad Mədətov
Fins.az