Azərbaycan Şərqlə Qərb arasında çox önəmli körpü rolu oynayır. Ölkənin böyük nəqliyyat potensialı var. Azərbaycan həm də zəngin enerji potensialına malikdir və coğrafi yerləşməsi çox əlverişlidir. Bundan yararlanaraq, nəqliyyat infrastrukturunu inkişaf etdirərək Azərbaycan regional iqtisadi inkişaf mərkəzinə çevriləcək.
Fins.az xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Prezidenti Radu Dinesku Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
R.Dinesku qeyd edib ki, Azərbaycan hökuməti özəl sektorla əməkdaşlıq nəticəsində nəqliyyat imkanlarını daha da inkişaf etdirsə, buraya gələn yüklər davamlı olaraq bu istiqamətdən keçəcək, burda qalacaq və digər istiqamətlərə yönləndirilməyəcək.
Fuad Mədətov
Fins.az