2023-cü ilin ötən dövrü ərzində keçirilən 11 beynəlxalq sərgidə Naxçıvan Muxtar Respublikasının sahibkarlarının iştirakı təmin edilib.
Fins.az xəbər verir ki, bunu sahibkarlarlarla keçirilən tədbirdə Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat nаziri Tapdıq Əliyev çıxışı zamanı deyib.
Nazir bildirib ki, ümumilikdə хаrici ölkələrdə kеçirilən 24 beynəlxalq tədbirdə sahibkarlıq subyektlərinin 117 nümayəndəsi iştirak edib.
O vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında özəl sektorun şaxələndirilməsi, sənayenin inkişafı, Naxçıvan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir və nüfuzlu beynəlxalq sərgilərdə yerli şirkətlərin iştirakı təmin olunur.
Günel Məlikzadə
Fins.az