“Müasir dünyamız çox sürətli bir dəyişiklik və transformasiya içərisindədir. Son illərdəki inkişaf sürəti, iqtisadi və texnoloji baxımdan əldə edilən məqam bizim təsəvvür etdiyimizdən çox-çox irəlidədir. İndi gələcəyə dair proqnozlar verərkən bir neçə deyil, çox istiqamətli proqnozları birlikdə qiymətləndirməli, fəaliyyətlərimizi planlaşdırarkən davamlılığa olan töhfəsini, eləcə də təmin ediləcək iqtisadi faydanı nəzərə almalıyıq.
Fins.az xəbər verir ki, bunu Zəhmət-Ruzi MMC-nin Baş icraçı direktorunun müavini Naib Abayev deyib.
Onun sözlərinə görə, yarandığı gündən istehlakçılara dad və yenilik mənbəyi olan məhsulları təqdim edən “SAB” (Zəhmət-Ruzi MMC), milyonlarla insan üçün nəsillər boyu əvəzolunmaz brendə çevrilmişdir:
"Ələlxüsusda, vurğulamalıyam ki, “SAB” tarixində son bir ildə görülən işlər və aparılan iqtisadi islahatlar, o cümlədən əldə edilən böyük naliyyətlər hər kəsə məlumdur. Xüsusilə də, şirkətin bütün istehsalat proseslərində istifadə edilən avadanlıqların yeni, innovativ texnoloji avadanlıqlarla əvəz olunması başlıca əhəmiyyət kəsb edir. Məhz, yeni və düzgün idarəetmə nəticəsində “SAB”, qısa zaman ərzində böyük uğurlara imza atmış, yeni məhsullar, xidmətlər sərgiləmişdir.
Biz davamlı və gəlirli artım məqsədi ilə doğru zamanda düzgün qərarlar qəbul etməyə diqqət yetirir və bu strategiya ilə irəliləyirik. Ölkəmizdə, Qafqazda, habelə dünya iqtisadiyyatındakı canlanma siqnallarının dəstəyi ilə fəaliyyət göstərdiyimiz sektorlarda iddialı və güclü mövqeyimizi hər zaman qoruyub saxladıq və bu yolda uğurla davam edirik. Müştərilərimizin və istehlakçılarımızın gözləntilərini və ehtiyaclarını dəqiq təhlil edərək, yeni məhsul və xidmətlərin hazırlanmasına, o cümlədən yeni nəsil avadanlıqlar vasitəsilə daha gigiyenik, ekoloji-təmiz və müasir istehsal avadanlıqlarının cəlb olunmasına diqqət yetirdik. Texnologiya və rəqəmsallaşmanı biznes proseslərimizə inteqrasiya edərək, güclü dəyişikliyin və istehsal sektorlarımızın qabaqcıllarından biri olmağı bacardıq."
N.Abayev bildirib ki, “SAB” öz sektorunda ətraf mühitə uyğun, istehlakçıları və əməkdaşları üçün dəyər yaradan, qabaqcıl texnologiya sistemləri və peşəkar kollektivə sahib ən uğurlu şirkətdir:
"Şirkətimiz cəmiyyətin, habelə alıcıların sağlam keyfiyyətə asanlıqla çata bilmə missiyasını öz üzərinə götürmüşdür. Xalqımızın, gənclərimizin gələcəyini düşünən “SAB” təbii, halal və geni modifikasiya olunmamış, təhlükəsiz xammaldan istifadə etməklə gələcək nəsillərin sağlamlığını sığortalayır. “SAB” sektorda qabaqcıl, keyfiyyətdə və texnologiyada lider, ətraf mühitə diqqətli, hər daim yenilikçi olmaq məqsədilə yeni hədəflərə addımlayır".
İş adamı sonda da qeyd edib ki, müştəriyönümlü strategiyamıza əsasən müştərilərdən gələn rəyləri dəqiq təhlil edərək, dəyişən istehlak vərdişlərinə uyğun olaraq məhsul və xidmətləri inkişaf etdirməyə davam edirik:
"Şübhəsiz ki, biz hələ bu uğurlu yolun başlanğıcındayıq və gələcək planlarımızda “SAB” bir dünya brendinə çevriləcəkdir”.
Fuad Mədətov
Fins.az