Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb.
Fins.az xəbər verir ki, bunu sahibkarlarlarla keçirilən tədbirdə Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat nаziri Tapdıq Əliyev çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu vəsaitdən cari ilin 9 ayı ərzində Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun da 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb.
O həmçinin vurğulayıb ki, sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımından Naxçıvan Muxtar Respublikasının rayonları üzrə KOB dostları fəaliyyətə başlayıb. Naxçıvan KOB İnkişaf Mərkəzi tərəfindən 2023-cü ilin aprel ayından etibarən KOB-ların ehtiyaclarına uyğun biznes təlimlər təşkil olunur. Həmçinin, praktiki məsləhət xidmətləri də göstərilir.
Günel Məlikzadə
Fins.az