BİZNES

26 Oktyabr

Azərbaycanda unicornu hədəf olaraq götürməməliyik - Məmməd Kərim

Azərbaycan bazarında unicorn şirkətlərin (bazar dəyəri 1 milyard ABŞ dolları və ya daha çox olan özəl şirkətlər) fəaliyyəti hazırda məqsədə uyğun deyil və real görünmür.

Fins.az xəbər verir ki, bunu "Caucasus Ventures" vençur fondunun rəhbəri Məmməd Kərim "Baku Fintech Forum 2023" tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycanda unicorn şirkətlər yaradıb xarici bazarlara çıxmaq mümkün olar bilər:

"Biz Azərbaycanda unicornu hədəf olaraq götürməməliyik. Bunun əvəzinə texnoloji yeniliklərə cavab verən, tələblərə uyğun startaplar hazırlamalıyıq. Azərbaycanda bazara uyğun sağlam texnoloji həllər təklif edən adi şirkətlər daha uğurlu fəaliyyət göstərə bilər".

Fuad Mədətov
Fins.az