BİZNES

26 Oktyabr

Azərbaycan fintexləri 1,5 trilyonluq fintex bazarından pay alacaq

2030-cu ildə qlobal bank-maliyyə sektorunun mənfəəti 21 trilyon dollar proqnozlaşdırılıb.

Fins.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Fintex Forumunda çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının sədri Ruslan Talıbov deyib.

R.Talıbovun sözlərinə görə, Azərbaycan fintexləri 2030-cu ilə kimi 1,5 trilyonluq fintex bazarından pay alacaq.

"2030-cu ildə qlobal bank-maliyyə sektorunun mənfəəti 21 trilyon dollar proqnozlaşdırılıb. Bunun 1,5 trilyon dollarının fintexlərə aid olacağı gözlənilir. Azərbaycan fintexləri də bu bazardan pay almaq üçün fəaliyyətlərini genişləndirməyə çalışır".

Sədr onu da vurğulayıb ki, bu ilin ilk 8 ayında ödənişlərin 54%-i nağdsız qaydada həyata keçirilib. Nağdsız ödənişlərin həcmi 56 mlrd. dollara çatıb ki, bunun da 90%-i debet kartlara aiddir.

Fuad Mədətov
Fins.az