Mənası hər kəs üçün fərqli olan və hər hansı bir şeyin vacibliyini göstərən ölçü “dəyər“ adlanır. BSC Consulting"in inandığı dəyərlər arasında inkişaf vacib yer tutur.
Fins.az xəbər verir ki, bu dəyərə müştərilərimizə göstərdiyimiz peşəkar xidmətlərlə yanaşı, həyata keçirdiyimiz peşəkar təlim-təcrübə proqramımızda qazandırdıqlarımız, öyrətdiklərimiz də aiddir.
Hal-hazırda dövrün ən populyar və tələbatın ən çox olduğu sahələrdən biri də İnsan Resurslarının İdarə edilməsidir. BSC Consulting “Peşəkar HR Təlim-Təcrübə” proqramına qeydiyyat elan edir.
Proqram haqqında ətraflı məlumat almaq üçün (050) 263 63 40 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Proqramın sonunda iştirakçılarımızın xəyallarındakı peşəyə sahib olduqlarını görmək bizə “dəyər” anlayışının necə önəmli olduğunu bir daha xatırladır.
BSC Consulting 25 ildən çoxdur ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, Hüquq və İnsan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur.