Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 6 953,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,8% artıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, hesabat dövründə daşınan yüklərin 56,4%-i neft yükləri təşkil edib.
Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 10 021,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 8 277,1 min tonunu və ya 82,6 faizini tranzit yüklər təşkil edib. 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 342 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artaraq 17,9 min nəfər olub”, - məlumatda qeyd olunur.
Məhəbbət Məmmədov
Fins.az